Reklam verin!

«Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»

Yazar: Aktiv

«Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»

«Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»

«Anarla iki il ər-arvad kimi yaşamışıq»

Röya həmkarlarının ərlərinə «qeyrətsiz» dedi


«Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»


Bu günlərdə özünə toy çaldıran müğənni Röya Ayxan yenidən iş başına keçib. Müğənni 1 saytına müsahibəsində yaradıcılıqdan daha çox şəxsi həyatından danışıb.
- Röya, toyundan razı qaldın?
- Əlbəttə, toyum əla keçdi. Əvvəlcə çox həyəcanlı və narahat idim. Qonaqlar da ki, maşallah, toyun maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər- oynadılar. Toy başa çatdıqdan sonra hətta heç kim evinə getmək istəmirdi. Hələ anamın necə sevindiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Onun üçün mənim toy günüm dünyanın ən böyük hədiyyəsi oldu. Mən çox xoşbəxtəm ki, ərə getdim.
- Toy bitər-bitməz haqqınızda xoşagəlməz söz-söhbətlər dolaşmağa başladı…
- Bu haqda nəsə danışmaq, nə də ki, eşitmək istəmirəm. Dedi-qodular, söz-söhbətlərdən artıq yorulmuşam. Deyilənə görə, mən toyumu borcla reallaşdırmışam, hələ də kimlərəsə pul ödəməliyəm. Bundan asan heç nə yoxdu. Toyuna çağırdığın adamlar əlbəttə ki, əliboş gəlmirlər. Toyun axırında isə həmin pullarla restoranla hesablaşırsan. Dostlarıma, yaxınlarıma və doğmalarıma minnətdaram ki, xoş günümdə məni tək qoymadılar. Kimə borclu olub-olmamağımın isə heç kimə dəxli yoxdu. Qoy hər kəs öz işi ilə məşğul olsun. Heç kimin işinə qarışmadığım halda, niyə hamı burnunu şəxsi həyatıma soxur? Hələ belimə bağladığım qırmızı lent haqqında nələr danışdılar? Əslində mən, belimə qırmızı lent bağlamaq istəmirdim. Oğlan evindən gələn adamlar mənə deyəndə ki, qırmızı lent bağla, mən onlara «siz zarafat edirsiz? Biz artıq iki ildir ki, ər-arvad kimi yaşayırıq, hansı qırmızı lentdən danışırsız?» dedim. Məni yola gətirdilər, dedilər ki, adət-ənənə belədir.
- Sənə paxıllıq edən həmkarların haqda nə deyə bilərsən?
- Mən hər zaman öz həyatımı yaşamışam. Heç kimdən utanmamışam, əməllərimi gizlətməmişəm. Amma bəzi müğənnilər gözlərini yazıq-yazıq döyərək, üzlərinə saxta məsum ifadə verirlər. Ərə getməyim, həmin müğənnilər üçün doğrudan da zərbə oldu. Əsas odur ki, mən əsl kişiyə ərə getdim, Anarla fəxr edirəm. Bizdə məşhur adamlar paxırlarını ört-basdır eləmək üçün ərə gedirlər. Mən onların ərlərini «çətir» adlandırıram. Onlar bununla deyirlər ki, baxın, mənim də ərim var. Mənim ərimdən fərqli olaraq, həmin «çətirlər» kişilikdən çox uzaqdırlar, xoşqeyrətdirlər. Hətta ərim yatanda mən onun əllərini, ayaqlarını öpürəm.
- Niyə bal ayın olmadı?
- İki dəfə hazırlaşdıq, amma hər dəfəsində biletləri qaytarmalı olduq. Bu mənim yaradıcılıq işlərimlə bağlıydı. Buna baxmayaraq, imkan tapıb, Azərbaycanın rayonlarından birində iki gün dincəldik. İndi artıq bal ayı haqqında düşünən yoxdur, çünki işimiz başımızdan aşır.
- Doğrudur ki, Anarın ailəsi sənə görə oğlullarından imtina ediblər?
- Hamı Anarın ailəsini tanıyır və hörmət edir. Biz hələ iki il əvvəl ailə qura bilərdik, amma təzəlikdə nikaha girdik. Onlar istəsələr, toyumuza mane ola bilərdilər, amma oğullarına dəstək oldular. Mən onlarla ünsiyyətdə olmasam da, Anarın valideynlərini «ata», «ana» deyə çağırıram. Çünki onlar Anar kimi övlad böyüdüblər. Öz həyat yoldaşıma görə onlara minnətdaram. Mən əslində, onları çox gözəl başa düşürəm. Fikirləşirəm, görəsən, mən onların yerinə olsaydım qoyardım, oğlum müğənni ilə evlənsin? Bu suala cavabı yalnız oğul anası, qaynana olandan sonra tapacağam. Ümid edirəm ki, mənim Anara olan sevgim, nə zamansa bizi onun doğmaları ilə bir araya gətirəcək.
- Ana olmaq istəyirsən?
- İstəyirəm ki, gələn il ana olum. Amma sən saydığını say, gör, fələk nə sayır. Hər şey Allahın əlindədir, mən hələ ana olmağa hazır deyiləm. Açığı, qorxuram! Hamiləlik, doğuş, təsəvvürümə gətirmək istəmirəm, amma nəsə yenilik olsa, sizə mütləq xəbər eləcəyəm.
- Toydan sonra Anarla münasibətlərinizdə nə kimi dəyişikliklər oldu?
- Düzü, heç nə dəyişməyib. Biz əvvəlki kimi dalaşırıq, barışırıq, mübahisə edirik. Həmişə olduğu kimi, mən güzəştə gedirəm, çünki Anar xaraktercə tərs insandır. Hətta bürclərimiz bir-birinə uyğun gəlmir, o balıqdır, mən isə əkizlər. Görünür, əks tərəflərimiz bizi yaxınlaşdırır. Mənim Anarım çox qısqancdır! Toydan sonra 4 kiloqram kökəlmişəm. Hamı mənə deyir ki, gözəlləşmisən. Amma Anar, «Röya, arıqla» deyir. Halbuki, əvvəllər məni məcbur eləyirdi ki, kökəlim. Toydan sonra o, «indi ürəyim rahatdı, axır ki, sən mənim xanımım oldun. Bəxtim gətirdi ki, sənin kimi gözəl insan qarşıma çıxdı» dedi.

Baxış sayı: 69
roya_əri_ile 
Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha