Reklam verin!

Bu gün First Lady-nin ad günüdür

Yazar: Aktiv

Bu g252;n First Lady-nin ad g252;n252;d252;r
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür


Bu g252;n First Lady-nin ad g252;n252;d252;r
Bu g252;n First Lady-nin ad g252;n252;d252;r
Bu g252;n First Lady-nin ad g252;n252;d252;r
Mehriban Əliyeva 1964-cü il avqustun 26-da alim ailəsində anadan olub. Onun atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub. Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medal ilə bitirib və Azərbaycan Tibb Universitetinə qəbul edilib. Daha sonra təhsilini Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirib və oranı 1988-ci ildə qırmızı diplom ilə tamamlayıb.

1988-1992-ci illərdə Mehriban Əliyeva Moskvada akademik Mixail Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb ona başçılıq edib. 1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan Azərbaycan İrs mədəniyyət və tarix jurnalını təsis edib onun redaktoru olub.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, 2004-cü ildə Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Həmin ildə, Mehriban Əliyeva folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb və Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə keçirilən sorğunun nəticəsinə əsasən, İlin Qadını adına layiq görülən Mehriban Əliyeva Yüzilliyin mesenatları Beynəlxalq xeyriyyə fondu tərəfindən ona təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleridir.

2004-cü ildə Yeni Azərbaycan Partiyasının üzvü olub, 2005-ci ilin parlament seçkilərində isə Milli Məclisə deputat seçilib.
Mehriban xanım prezident İlham Əliyevlə 1984-cü ildə ailə qurub, onların üç övladı var.

Baxış sayı: 87
mehriban_əliyeva 
Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha