Sizde isteyirsiniz
Yazar: Aktiv
Kim isteyirse saytinda bele yazi olsun onda bize muraciyyet edin E-mail: Aktiv@box.az yada Aktiv2005@mail.ru yada mene Zeng edun men edim Tel:(051)8715180 regli yazmaq ucun 200 konturdu imza: Aktiv'in admini iSMAyIL

Baxış sayı: 18
zeng_edin_0518715180
![]()
![]()
![]()
Aktivin sorgusunda Aktiv.AzeriBlog.Com Qali oldu
Yazar: Aktiv
Səslər cami: 35
Baxış sayı: 19
aktiv_sayt_qalibdi
![]()
![]()
![]()
Bu gün Prezidentin andiçmə mərasimi keçirildi
Yazar: Aktiv

Heydər Əliyev adına Sarayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Biz hamımız fəxr edirik ki, bizim prezidentimiz İlham Əliyevdir.

İnaqurasiya mərasiminin keçirildiyi Heydər Əliyev Sarayının ətrafında polis mühafizəsi gücləndirilmişdi. Bura yığışan polislər binanın mühafizəsinə xüsusi diqqət yetirirdi. Səhər saatlarında Saraya qonaqların axını başlanıb. Onların sırasında millət vəkilləri, hökumət rəsmiləri, diplomatik korpusların nümayəndələri, incəsənət ustaları, ziyalılar, həmçinin Gürcüstan prezidenti M.Saakaşvili, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev də olub. Mərasimin əvvəlində İlham Əliyevin seçkidə tolpadığı səslərin faizi açıqlanıb.
Daha sonra Fəxri qarovulun müşayiəti ilə zala Azərbaycanın Dövlət Bayrağı gətirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevi Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət edib.
Prezident İ.Əliyev and içib, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidentinin andiçmə mərasimindən sonra Bakı sahilində yaylım atəşi açılıb. Müdafiə Nazirliyindən ANS PRESSə verilən məlumata əsasən, yaylım atəşi Ali Baş komandanın şərəfinə olub.
İlham Əliyev öz çıxışının əvvəlində ona etimad göstərib səs verdiyi üçün Azərbaycan xalqına minnədarlığını bildirib və Azərbaycan xalqını əmin edib ki, bundan sonra da ölkənin inkişafı üçün səyləri əsirgəməyəcək. Dövlət başçısı eyni zamanda namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirərək, partiya fəallarına seçki kampaniyasında fəal iştiraka görə minnətdarlıq edib. «Bu seçkidə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirərəm. Ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası ölkədə yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana yeni ənənələr gətirəcək və bundan sonra siyasi mübarizə sivil yolla aparılacaq. Məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onlardan göndərilmiş təbrik teleqramlarına görə təşəkkür edirəm».
Daha sonra İlham Əliyev 2003-cü ildə keçirilmiş inauqurasiya mərasimi zamanı verdiyi vədlərə əməl etdiyini bildirib. «Mən söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışacam, H.Əliyev siyasətini davam etdirəcəm, çünki bu, Azərbaycanın bugünü, sabahı və gələcəyi üçün yeganə siyasətdir ki, ölkəni böyük bəlalardan qurtardı. H.Əliyevin rəzhbərliyilə ölkə inkişaf edib, böhran, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atıb. Məhz onun rəhbərliyi altında Azərbaycan müstəqilliyini mökhəmləndirib, sabitlik yaranıb və inkişaf başlanıb. Növbəti 5 il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan döməyəcəm».
İlham Əliyev son beş il ərzində ölkənin inkişafı istiqamətində atılan addımlar və həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanın mövqeləri daha da möhkəmləniğ, dövləti quruculuğu prosesi möhkəm gedib, müstəqillik möhkəmləndirilib, siyasi-itqtisadi, demokratikləşmə siyasəti uğurla aparılıb. Prezident bəyan edib ki, Azərbaycan güclənib və cgələcəyə nikbinliklə baxan ölkəyə çevrilib. İlham Əliyevin sözlərinə, Azərbaycanın təşəbbüsləri böyük uğur gətirib, bölgədə aparılan işlər həm ölkənin mövqeyinin möhkəmlənməsinə, həm də regional inkişafa böyük təkan verib: «Azərbaycançılıq fəlsəfəsi - əsas dəyərimizdir. Milli layəqət, qürur, milli-dini tolerantlıq, Ar-də xalqların mehribanlıq şəraitində yaşaması - budur uğurların əsas şərtləri. Şadam ki, son 5 il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da gücləndirilib, ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərqərar olub və cəmiyyət açıq-aydın bunları görür və bilir Azərbaycan hansı istiqamətdə irəliləyir».
İlham Əliyev bəyan edib ki, siyasəti açıq həyata keçirilir və bu siyasətin əsas məqsədi - milli maraqların qorunması, möhkəmlənməsi, güclü siyasi potensialın yaradılması, xalqın təhlükəsizlik və rifah çiində yaşamasıdır. Beynəlxaq məsələlərin həlli istiqamətində böyük işlər görüldüyünü qeyd edən Prezident deyib ki, rəsmi Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın regional müstəvidə təşəbbüsəri həm regional müstəvidə özünü göstərir, həm ölkə maraqlarına uyğundur və bölgədəki ölkələr, çox cuman ki, bundan razıdır. İ.Əliyev bildirib ki, əsas istək - bölgədə sülh və sabitlik, iqtisadi əməkdaşlığın möhkəmlənməsidir.
«Son 5 il ərzində biz daha çox müttəfiq ölkələrlə danışmışıq. Bir çolxları ilə bizim münasibətlər strateji partnyorluq pilləsinə qalxıb, bütün ölkələrlə dostuq və münasibətlərin davamında maraqlıyıq, bu münasibətlər bərabər hüquqludur. Beynəlxalq Təşkilatlarla əməkdaşlığımız daha da dərinləşib, üzv odlduğumuz təşkilatlarda Azərbaycan çox fəal olub və mövqelərimiz güclənib ki, bütün beynəlxalq təşkilatlarda maraqlarımıza cavab verən qərarlar qəbul edilib və şübhə etmirəm ki, növbəti illərdə də xarici siyasətimiz çox çevik olacaq, bununla da ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənəcək».
Azərbaycanın qarşısında dayanan prioritet məsələnin - Dağlıq Qarabağ probleminin olduğunu qeyd edən Prezident bildirib ki, bu istiqamətdə, əfsuslar olsun ki, hələlik irəliləyiş yoxdur. Danışıqlarda Azərbaycanın mövqeyinin, baxışlarının və irəli sürdüyü əsas prinsiplərin çox böyük dəyər qazandığını qeyd edən İlham Əliyev deyib ki, bu gün danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır, bu, heç kimdə şübhə yaratmır, yarada da bilməz. «Bizim addımlar mövqelərimizin güclənməsinə, bu məsələ ilə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb və bu gün dünyada açıq-aşkar dərk edilir ki, dondurulmuş münaqişələr həllini tapmalıdır. Bu, ancaq beynəlxalq norma və hüquq çərçivəsində ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bu, danışıqlar mövzusu deyil, olmayıb və olmayacaq! Heç vaxt - nə bu gün, nə sabah, nə də 50 il sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan onu heç vaxt tanımayacaq».
İlham Əliyevin sözlərinə görə, Ermənistanın işğalçı siyasəti davam edir və bunun nətcəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bu etnik təmizləmə siyaətindən əziyyət çəkən 1 mln Azərbaycan vətəndaşı doğma torpaqlarına qayıda bilmir: «Bu, böyük cinayətdir. Biz danışıqların davamında hələ ki, maraqlıyıq, ümidlər tükənməyib. Hələ hesab edir ki, danışıqlar məsələnin müsbət həllinə gətirib çıxara bilər. Azərbaycan heç vaxt əzəli torpağı olan Dağlıq Qarabağın ayrılmasına razılıq verməyəcək. Biz dövət müstəqilliyini möhkəmləndirərək ərazi bütövlüyümüzü bərpa edəcəyik»! İlham Əliyev BMT və digər beynəlxalq təşkilatlarda bu münaqişəyə dair qəbul edilmiş bütün qərarların Azərbaycanın mövqeyindən irəli gəldiyini, ölkənin ərazi bütövlüyü çərçivəsində qəbul olunduğunu bir daha xatırladıb və qeyd edib ki, ədalət Azərbaycanın tərəfindədir. Ölkədə aparılan iqtisadi layihələrdən söz açan Dövlət başçısı bildirib ki, bölgədəki siyasi proseslər Azərbaycanın mövqeyini möhkəmləndirir. Çünki Azərbaycan burada fəal iştirak edir və hətta bəzi təşəğbbüslərin müəllifidir. Onun sözlərinə görə, bölgədəki heç bir iqtisadi layihə Azərbaycanın xəbəri olmadan həyata keçirilmir və Dağlıq Qarabağ məsələsi həll edilməyincə Azərbaycan Ermənistanla heç bir münasitbət qurmayacaq. İlham Əliyev qeyd edib ki, Azərbaycanla rəqabət aparmaq çətindir, ölkənin iqtisadi gücü, Ordu potensialı və beynəlxalq haqq-ədalət prinsipləri mövqelərimizi möhkəmləndirir. İ.Əliyev ümidvar olduğunu bildirib ki, bütün bu nailiyyətlər nəticədə torpaqların işğaldan azad olunmasına gətirib çıxaracaq.
Dövlət başçısı daha sonra deyib: «5 il əvvəl mən xalqa söz vermişdim ki, 5 il ərzində ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Buna biz 4 il ərzində nail olmuşuq. 2004-cü ildə qəbul edilmiş məcburi köçkünlərə dair dövlət proqramının icrası uğurla aparılıb və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir evlər, binalar, məktəblər, tibb məntəqələri tikilib, 36 yeni qəsəbə salınıb və minlərlə soydaşımız yeni evlərə köçüb. 2007-ci ildə bu proqrama əlavələr edib və əminəm ki,bunun nəticəsində biz soydaşlarımızın yaşayışının yaxşılaşmasına nail olacağıq».
Ordu quruculuğundan danqışan Prezident bildirib ki, bu istiqamətdə son 5 il ərzində böyük uğurlar əldə edilib. 2003-cü ildə seçkiqabağı kampaniyası zamanı Ordunun gücləndirilməsi məsələsinin prioritetlərdən biri olduğunu xatırladan İlham Əliyev bildirib ki, son 5 ildə orduda hazırlıq və peşəkarlıq səviyyəsi artıb. Dəfələrlə hərbi hissələrdə, səngərlərdə əskər-zabitlərlə görüşdüyünü qeyd edən Ali Baş komandan döyüş qabiliyyətinin, döyüş ruhunun yüksəklikliyinin şahidi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bundan sonra da Azərbaycanda Ordu quruculuğu prosesi sürətlə gedəcək. Maddi-texniki bazanın möhkəmlənməsində böyük işlər görüldüyünü xatırladan İ.Əliyev 2003-cü ildə Azərbaycanın hərbi xərclərinin 163 mln dollar, 2008-ci ildə isə 1 mlrd 850 mln dollar olduğunu açıqlayıb. Dövlət başçısı vəd edib ki, gələcəkdə bu məbləğ daha da artırılacaq.
İ.Əliyev bəyan edib ki, bununla da böyük Ordu potensialı yaratmaqla Azərbaycan Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır. Onun sözlərinə görə, qarşı tərəf bilməlidir və bilir ki, Azərbaycanın hərbi, siyasi çəkisi artıb, bölgədə Azərbaycanın iştirakı və xəbəri olmadan heç bir siyasi, iqtisadi məsələ həllini tapa bilməz. Azərbaycanın müasir mütəşəəkil ordusunun mövcud olduğunu vurğulayan Prezident qeyd edib ki, bunu xalqın dəstəyilə etmək mümkün olub. Bölgələrə səfərlərini, sadə camaatla ünsiyyəti qurduğunu xatırladan İlham Əliyev onların əhval-ruhiyyəsini görmək imkanı olduğunu və vəziyyətlə yaxından tanış olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bütün səylər və təşəbbüslər xalq tərəfdən dəstəklənib.
Siyasi islahatlardan söhbət açan Prezident İlham Əliyev söyləyib ki, son 5 ildə siyasi islahatlar güclü yol keçib. Siyasi sistemin təkmillləşməsinin vacibliyini vurğulayan İ.Əliyev bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübənin Azərbaycanda tətbiq olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycana səfr edən, məqbul olan, xalqa yad olmayan müsbət təcrübə ölkədə tətbiq olunmalıdır, çünki bununla ölkə müasirləşir. Müasirləşmənin sadəcə infrastruktur layihələr və iqtisadi artımla ölçülməməsini bildirən dövlət başçısı deyib ki, siyasi sistem möhkəmlənməli, müasirləşib təkmilləşməlidir.
Bu yaxınlarda keçirrilmiş seçkilərin bunun əyani sübutu olduğunu bildirən İlham Əliyev ümidvar olduğunu bildirib ki, bundan sonra da bu istiqamətdə siyasət uğurla davam edəcək və ölkənin hərtərəfli iqtisadi inkişafı təminq olunacaq. İqtisadi, siyasi islahatların paralell aparılmasının vacibliyini qeyd edən Prezident bildirib ki, uğurun əsas səbəbi bundan ibarətdir ki, siyasi islahatlar yaranmış güclü iqtisadi təməl üzərində qurulur. İ.Əliyevin sözlərinə görə, bu təməl olmasa, siyasi islatahar asan olmayacaq: «Demokratik inkişaf baxışından demokratik ölkələrlə müqayisədə görə bilərik ki, onlarda iqtisadi inkişaf yüksək səvyyədədir. Onlar dünyada inkişaf etmiş dövlətlər kimi tanınır. Bizim məqsəd də ondan ibarətdir. Təəccüblü ola bilər, amma inanıram ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Olacaq da! Bunun üçün potensialımız var! Aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, coğarafi vəziyyətimiz və bu vaxtadaək aparılan siyasət buna imkan yaradacaq. Çalışmalışyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün irliəyə baxmalıyıq, xalqımızın bundan sonra da təhlükəsizlik şəraitdə yaşamsı üçün çalışmalıyıq. Uğurlarımız Azərbaycan xalqının dəstəyilə həyata keçirilib. Uğurlarımızın əsas mənbəyi - xalqdır, onun fəaliyyəti və iradəsidir. Biz bundan sonra da siyasi sahədə islahatları davam etdirəcəyik və artıq son 5 ildə görülən işlər belə deməyə əsas verir ki, bu yoldan kənara çıxmayacağıq»!
İqtisadi islahatların və siyasətin parallel aparılmasının uğurlara səbəb olduğunu qeyd edən Prezident xatırladıb ki, 2003-dən etibarən Azərbaycanda böyük iqtisadi proqramlar icra olunmağa başlayıb və bu gün ölkədə elə sahə yoxdur ki, onun üçün konkret proqram olmasın. İlham Əliyevin sözlərinə görə, konkret iş cədvəli üzrə iş görülür, bu proqramların maddi-texniki təminatı var, işlək icra mexanizmləri mövcuddur, bir sözlə, hərtərəfli inkişaf üçün bütün şərait var.
Dövlət başçısı bilirib ki, son 4 il ərzində Azərbaycan iqtisadi artım tepmpinə görə, birinci ölkədir - Ümümi Daxili Məhsulun artımı baxımından Azərbaycandan qabaqda ölkə olmayıb, bu, böyük nailiyyətdir. İ.Əliyev xatırladıb ki, ölkədə ÜMD həcmi 2, 7 dəfə artıb və bu, dünya miqyasında görünməmiş nəticədir. Belə ki, adambaşına 2008-ci ilin sonunadək ümumdaxili məhsul təxminən 6 min dollar təşkil edəcək. ÜMD artması ilə bərabər sənaye istehsalının son 5 ildə 2, 7 dəfə artdığını qeyd edən Prezident bildirib ki, dövlət büdcəsi də son 5 ildə 10 dəfədən çox artıb: əgər 2003-cü də dövlət büdcəsi 1, 2 mlrd dollar idisə, 2008-ci ilin icmal büdcəsi 15 mlrd dollara bərabərdir. 2009-cü ildə isə bu məbləğin daha da artırılması nəzərdə tutulur. Həmçinin valyuta ehtiyatlarının artdığını vurğulayan İ.Əliyev bildirib ki, əgər 2003-cü ildə bu məbləğ 1, 6 mlrd dollar idisə, bu ilin oktyabr ayına olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 17 mlrd dollar təşkil edir və bu məbləğ gələn illərdə artacaq. Dövlət başçısı son 5 il ərzində Azərbaycan iqtisadiyyatına 44 mlrd dollar sərmayə qoyulduğunu da qeyd edib. Onun sözlərinə görə, bu, bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77% təşkil edir: «Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, sərmayələr böyük məbləğdə qoyulur. Təbii ki, dövlət investisiyalarının sayı çoxdur, amma özəl sərmayələr də vacib rol oynayır ki, Azərbaycanda güclü sahibkarlıq sinfinin yaranmasına imkan yaradaq, orta sinfin yaranması artıq realdır».
Qeyri-neft sektorunda uğurlardan danışan Prezident öz çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Onun sözlərinə görə, Azərbaycan artıq özü-.zünü əsas ərzaq məhsulları ilə təmin edir və ölkədə istehsal olunan emal məhsulları başqa öklələrə ixrac edilir ki, həmin məhsullardan bəziləri yüksək beynəlxalq sərgilərdə sertikifatlara və mükafatlara layiq görülüb. İ.Əliyevin sözlərinə görə, bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı tək enerji resurslarından asılı deyil: «Yeni tikilmiş fabrik və zavodlar bunun nəticəsidir. Güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar, yeni texnika, verilən dəstək, sahibkarlara prezident tərəfindən mənəvi-siyasi, əməli-praktiki dəstək qeyüri-neft sektorunun inkişafında böyük dönük yaradıb, bu istiqamətdə daha böyük işlər göürləcək. Bu son 5 ildə
görülən işlər növbəti illərdə özünü göstərəcək. İqtisadi sahədə uğurlarla fəxr edə bilərik. Azərbaycan iqtisadi cəhətdən müstəqiliiyini təmin edib».
İlham Əliyev qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər planı hazırlanır. Azərbaycanın təxminən 90-95 % özü-özünü əsas ərzaq məhsulları ilə təmin etməyə qadir olduğunu söyləyən dövlət başçısı, iqtisadi sahədə göstərilən səylər və əldə edilmiş nailiyyətlərin dünya və beynəlxalq maliyyə qurumları tərəfindən də bəyənilib-dəstəkləndiyindən şad olduğunu vurğulayıb. Buna sübut kimi Dünya Bankının 2008-ci il üçün hesabatını qeyd edən İlham Əliyev xüsusi qeyd edib ki, bu hesabatda Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınıb. Bu, çox bğöyük qiymətdir, - deyən Prezident bəyan edib ki, bu, Azərbaycanın səyləri və apardığı siyasətinə verilən qiymətdir, çünki bu islahatlar qeyri-neft sektorunda aparılır, biznes inkişafına, iqtisadiyyatın liberallaşmasına xidmət göstərir. Dövlət başçısının sözlərinə görə, bu islahatlar imkan verir ki, insanlar daha da yaxşı yaşasın. «Ona görə də bu qiymətə çox diqqət göstəririk. Azərbaycanda şəffaflıq təmin edilir. Neft-qaz hasil edən ölkə üçün bu, çox vacibdir. Keçən il Azərbaycanın Dövlət Neft Fondu şəffaflığa görə mükafatla təltif edilib. Azərbaycan xalqı bilir nə qədər vəsait daxil olur və nə qədər xərclənir. İqtisadi sahədə siyasəti davam etdirəcəyik, konkret proqramlar həllini tapacaq. Son 5 ildə təcrübə onu göstərir ki, nəyi planlaşdırmışıqsa, onu icra etmişik. Bəzən vaxtından tez».
Öz çıxışında dövlət başçısı daha sonra ölkədəki sosial duruma və bu sahədə həyata keçirilən islahatlar, əldə edilmiş nailiyyətlərdən söz açıb. Onun sözlərinə görə, sosial məsələlərin həllinə son 5 ildə böyük diqqət göstərilib. Keçid dövründə yaşamış ölkələrdə köklü siyasi islahatlar nəticəsində sosial vəziyyətin pisləşə biləcəyinin dəfələrlə tarixdə də öz əksini tapdığını qeyd edən Prezident, köklü islahatlar müvəqqəti olaraq istər-istəməz insanların yaşayış səviyyəsini endirməsinə səbəb olduğunu söyləyib. Azərbaycanda vəziyyətin əksinə olduğunu bildirən İlham Əliyev qeyd edib ki, ölkədə köklü islahatlarla yanaşı sosial məsələlərin həllində böyük işlər görülüb: «Minimum pensiya 4 dəfə arıb, minimum əmək haqqı 8 dəfə artırılıb, ünvanlı sosial yardımı alan insanların sayı 600 minə çatıb. Dövlət ehtiyacda olan vətəndaşlarının yaşayışını yaxşılaşdırmanq üçün əməyini göstərir və gələcəkdə bu siyasətini davam etdirəcək. Yoxsulluğun azaldılması məni çox sevindirir. 2003-də onların sayı 49% idisə, 2007 yekununa görə, bu rəqəm 16%-dək düşüb. Mənə verilən proqnoz hesablamalara görə, bu ild daha da aşağı düşəcək. Bu onu göstərir ki, bizim strategiya ilk növbədə insanların yaşayının yaxşılaşmasına xidmət göstərir. Bu onu göstərir ki, Azərbaycanda təbəqələşmə prosesi getmir. Ölkədə orta sinif yaradılır, iş yerləri açılır və yoxsulluğun azaldılması böütün görülən işlər arasında böyük yer tutur».
İlham Əliyev çıxışına davam edərək xatırladıb ki, son 5 ildə ölkədə dörd beynəlxalq aeroport istismara verilib, 8 elektrostansiya tikilib, minlərlə kilometr yol salınıb, qazlaşma uğurla həyata keçirilib. Dövlət başçısı bildirib ki, əgər 2003-də qazlaşma 46% idisə, indi 85% təşkil edir. Habelə su kəmərlərinin çəkilişi barədə danışan dövlət başçısı bütün bu infratuktur layihələrinin Azərbaycanı gücləndirdiyini vurğulayıb və qeyd edib ki, bütün siyasət Azərbaycan xalqının yaşayış səviyyəsinin qaldırılmasına yönəlib.
«2003-də hələ seçki ərəfəsində bəyan etmişdim ki, Azərbaycan xalqı mənə etimad göstərsə, məni seçsə növbəti 5 ildə 600 min yeni iş yeri açılacaq, böyük bəla olan işsizlik aradan qaldırılacaq. Qürurla deyə bilərəm ki, Azərbaycanda 741 min iş yeri açılıb ki, onlardan 531 mini daimi iş yerləridir. Bizim uğurlara kölgə salmaq istəyənlər bütün bunları yalnız neftlə əlaqələndirirlər. Düzdü, neftin ÜMD-də xidməti böyükdür. Hər bir ölkənin inkişaf üçün əsas istinad nöqtəsi var. Amma baxın bizim rayonların iqtisadi inkişafına. Əksər rayonlarda iqtisadi artım 2, 5 dəfə, bəzilərində isə hətta 3 dəfə ÜMD artıb. Rayonlarda ki, neft hasilatı yoxdur! Bütün bunlar qoyulan investisiyalar, açılan zavod-fabriklərə görədir. Bu gün Azərbaycanda işləmək istəyən əksər hallarda iş tapa bilər».
Azərbaycanın üzləşdiyi daha bir problem - qeyri-qanuni miqrasiyadır. Prezident bildirib ki, ölkədə işləmək üçün xaricdən gələn işçi qüvvəsinin sayı çoxalır və bu məsələni tənzimləmək üçün Dövlət Miqrasiya Xidməti yaradılıb: «Budur Azərbaycanın bugünki reallığı. 2003-də keçdiyimiz yol bütün istiqamətlərdə özünü büuruzə verib. Bu gün bütün uğurlardan danışa bilmərəm, danışsam bir neçə saat vaxt apara bilər. Amma onu deyim ki, son 5 ildə ölkə ərazisində 1600 yeni məktəb inşa edilib, yüzlərlə məktəb binası təmir olunub. Məktəblərdə kompüterləşmə aparılıb və internetə bütün məktəblər qoşulub. Əgər 5 il əvvəl 1 kompüter min şagirdə düşürdüsə, indi 1 kompüter 109 şagirdə düşür. Gələcək nəsil savadlı, vətənpərvər olmalıdır və Azərbaycanın gcələcəyi üçün hazırlıqlı, peşəkar, Vətəni sevib ona bağlı olan kadrlarımız olmalıdır».
Öz çıxışında İlham Əliyev insanların sağlamlığının təminatına yönəlmiş işlərdən də söz açıb. İ.Əliyev bəyan edib ki, ölkə ərazisində çoxlu sayda tibb müəssisəsi yaradılıb ki, onların hamısı yüksək standartlara cavab verir. Onun sözlərinə görə, tək Bakıda yox, bölgələrdə müasir tibb xidmətinin yaradılması xalqın sağamlığına töhvədir. İçməli su məsələsinin həlli də bu istiqamətdə atılmış daha bir addımdır. «Xüsusi təmizləyicilərin qurulması insanların sağlağılını, həyatını yaxşılaşdıracaq. Genofonda diqqətlə yanaşmalıyıq. Gənc nəsil sağlam olmalıdır - fiziki və mənəvi! 14 müasir Olimpiya idman kompleksi tikilib. 20-dək belə kompleks tikilməkdədir. Bütün şərait yaradılıb bunun üçün. Budur Azərbaycanın gələcəyi. Azərbaycan gəncliyi bu imkanlardan istifadə etməlidir! Azərbaycanın hərtərəfli inkişafı artıq reallıqdır»!
Dövlət başçısı öz çıxışında enerji təhlükəsizliyi məsələlərini də diqqətdən kənarda qoymayıb və bildirib ki, Azərbaycanın daxili və xarici siyasətinin uğurla aparılması üçün enerji təhlükəsizliyi məsələlri həllini tapıb və bu gün bu istiqamətdə məsələlər 100 faiz həll edib: «Bu, dünyada böyük danışıqlar və narahtlıq mövzusudur. H.Əliyevin təşəbbüsü ilə 90-dcı illərin ortalarında başlanan və uğurla inkişaf edən neft strategiyası uğurlara gətirib. Bunu etmək o qədər də asan deyildi. Bu gün Bakı-Tiflis-Ceyhan neft kəməri istismardadır, tam gücü ilə işləyir. Son 5 il ərzində kəmərin tikintisi başa çatıb. Bakı-Tiflis-Ərzurum qaz kəməri uğurla fəaliyyət göstərir və Azərbaycan son 5 il ərzində qazı idxal edən ölkədən qazı ixrac edən ölkəyə çevrilib. BTC neft və BTƏ qaz kəmərlərinin məntiqi davamı - Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisinə başlmaşıq. Həm biz, şəm regiondakı qonşu ölkələr, həm də bütün bölgə üçün bunun böyük əhəmiyyətidir. Vaxtilə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri layihələri kağız üzərində idi, niyyət idi. Bəziləri bunu əfsanə adlandırırdı. Bu, artıq gerçəkdir - bizim siyaətimiz, regional əməkdaşlıq çərçivəsində və layihə iştirakçısı olan dövlətlərin fəallığı ilə. Bu layihələr Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək».
İlham Əliyevin sözlərinə görə, son 5 ildə neft-qaz hasilatı artıb. Əgər 2003-cü ildə bu göstərici 15, 4 mln ton idisə, indi 50 mln nəzərdə tutulur. Prezident qeyd edib ki, qısa müddət ərzində Azərbaycan öz imkanlarından istifadə edib və edir. Bu istiqamətdə məqsədyönlü siyasət aparılıb və buna doğru uğurla irəliləmə göz qabağındadır. Azərbaycanın 7 qaz və neft kəmərinin olduğunu söyləyən İ.Əliyev bildirib ki, onlar işlək vəziyyətdədir və Azərbaycan onların sayəsində təbii resurslarını ixrac etməyə qadirdir.
Öz çıxışını Azərbaycan Respublikasının Prezidenti bu cümlələrlə bitirib: «Müstəqillik bizim üçün böyük sərvət və dəyərdir. Ancaq onu əldə edib qorumaq, möhkəmləndirmək asan məsələ deyil. Bizim siyasət Azərbaycan xalqının maraqlarına xidmət göstərir və xalqın maraqları Azərbaycan dövloətinin möhkəmlənməsi, Azərobaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi mən və hər bir Azərbaycan vətəndaşı üçün başlıca məqsəd və vəzifədir! Doğma xalqıma bir daha minnətdarılığımı bildirirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənin uğurlu inkişafı və çiçəklənməsi üçün əlimdən gələni əmsirgəməyəcəam! Bundan sonra da xalqa xidmət edəcəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan»!!!
Baxış sayı: 57
ilham_əliyev
![]()
![]()
![]()
Müslüm Maqomayev vəfat edib!!
Yazar: Aktiv


Bəzi mənbələr müğənninin xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirirdilər. Bu ilin iyununda isə Maqomayev gözlənilmədən Moskvadakı Bakulev adına ürək-damar cərrahiyyəsi Mərkəzinə aparılmışdı. Müğənni o zaman pərəstişkarlarını məyus olmamağa çağıraraq səhhətinin qaydasında olduğunu bildirmişdi.
Moskvadakı evində dünyasını dəyişən dünya şöhrətli müğənni Müslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək
ALLAH RƏHMƏT ELƏSİN
Baxış sayı: 43
müslüm_maqomayev
![]()
![]()
![]()
Azərbaycanın prezidenti - İlham Əliyev
Yazar: Aktiv

İlhamla irəli!!!

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.

Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni, I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna);

Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (Rusiya Federasiyası),Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (Ukrayna).

PRİORİTETLƏR
* QÜDRƏTLİ VƏ ZƏNGİN AZƏRBAYCAN
* ƏRAZİ BÜTÖVLÜYÜ
* SİYASİ SABİTLİK
* GÜCLÜ İQTİSADİYYAT
* DAVAMLI İNKİŞAF
* ƏDALƏTLİ CƏMİYYƏT
* LAYİQLİ HƏYAT

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Seçki proqramı
Əziz seçici!
Oktyabr ayının 15-də ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Sədri olduğum Yeni Azərbaycan Partiyası həmin seçkilərdə iştirak etmək üçün mənim namizədliyimi irəli sürmüşdür.
2003-cü ilin prezident seçkilərindən ötən beş il ölkəmizin həyatında mühüm tarixi hadisələrlə zəngin oldu, daxili və xarici siyasətdə, ictimai həyatın bütün sahələrində böyük nailiyyətlərlə yadda qaldı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirildi. Birgə səylərimiz nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olduq. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artdı. Ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirdi. Dünyanın aparıcı dövlətləri enerji təhlükəsizliyi siyasətinin istiqamətlərini müəyyənləşdirərkən Azərbaycanla strateji əməkdaşlığa önəm verdilər.
Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaları uğurla həyata keçirildi. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmləndi. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açdı. Birgə addımladığımız bu illərdə qazandığımız nailiyyətlərin hamısı xalqın Azərbaycan Prezidentinə və onun apardığı siyasətə inamı və dəstəyi sayəsində mümkün oldu.
Müstəqilliyimizin ilk illərində ölkəmizi ağır böhranla və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdirənlərin populist çıxışlarına artıq heç kim inanmır. Həmin dövrdə yalançı vətənpərvərlik şüarları ilə hakimiyyəti zəbt edənlərin Azərbaycanı uçuruma yuvarlamasını xalqımız unutmayıb. Bununla belə, indi də ölkəmizdə aparılan quruculuq işlərinə qara yaxmağa və insanları çaşdırmağa çalışanlar var. Lakin heç kim bizi öz yolumuzdan çəkindirə bilməz.
Əziz həmvətənlər!
Mənim əsas məqsədim Azərbaycanı daha müasir və zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolunda başladığımız işi davam etdirməkdir.

İlhamla irəli!!!
Baxış sayı: 36
ilham_əliyev
![]()
![]()
![]()
Aktivle Tanis olmaq isteyilerin nezerine
Yazar: Aktiv
Baxış sayı: 70
ismayilla_tanis_olmaq_isteyirsense
![]()
![]()
![]()
Sumqayit Şeheri haqqinda
Yazar: Aktiv
1949-ci ilde salinmis Sumqayit seheri Xezer denizinin sahilinde yerlesir. Orta esrlerde bu yerlerde denizin sahili boyunca karvan yollari kecirdi. Burada karvansaray yerlesir, kicik caylarin sahilleri korpuler vasitesile birlesirdi. seherin adi bir vaxtlar Sumqayitcayin sahilinde olmus karvansaraynin adindan goturulmusdur.1938 - ci ildə Baki neft senayesinin elektrik enerjisi ile temin edecek İES tikinti ile seher tipli qesebeye cevrildi. 1946 - 1953 - cu illerde boru - prokat, sintetik kaulcuk ve aluminium zavodlarinin tikilməsi ilə elaqedar qesebe inkisaf edib sehere cevrildi. Sumqayitin iqlimi subtropik iqlimdir. Yanvar ayinda orta temperatur +3,1°C, iyul ayinda +24,9°C olur. Seherin etrafinda bir sira tarixi abideler var. Corat kendinde yerlesen yeralti hamam və XVI esrde tikilmis mescid indi de isleyir. Burada XVII esrde tikilmis, lakin indi islemeyen mescid və hamam binasi da var. H.Z.Tagiyev adina qesebede 1916-ci ilde qurasdirilmis nasoslar yaxsi veziyyetde qorunub saxlanmasidir. SSRi dovrunde Sumqayit qisa bir muddetde abad ve yasillasdirilmis yasayis rayonlari, genis medeni-meiset xidmetleri sebekesine malik olan iri senaye merkezine cevrilmisdir. seherin sahilyani hissesinde salinmis gozəl park butun seheri kulekden qoruma funksiyasini yerine yetirir. Son illerde seherde зoxsayli yeni supermarketler, kafeler, restoranlar, boyuk bazar-yarmarkalar, yaslilar ve usaqlar ucun her cur seraiti olan istirahet ve eylence yerleri acilmisdir. Seherde zengin ekspozisiyasi olan tarix muzeyi ve sekil qalereyasi da fealiyyet gosterir.
Davamina Baxin:
Goyercin heykeli-deniz kenari parkda yerlesir
Ulduz heykeli-deniz kenari parkda yerlesir Mehdi Huseyn adina stadion
-park
-4 mkr
-45 kv
-14 mertebe
-gece goyercin heykeli
-mekteb
- seher
-yol
-icra hakimyyetiBaxış sayı: 81
sumqayit_şeheri
![]()
![]()
![]()
«Ərim yatanda onun əllərini, ayaqlarını öpürəm»
Yazar: Aktiv

«Anarla iki il ər-arvad kimi yaşamışıq»
Röya həmkarlarının ərlərinə «qeyrətsiz» dedi

- Röya, toyundan razı qaldın?
- Əlbəttə, toyum əla keçdi. Əvvəlcə çox həyəcanlı və narahat idim. Qonaqlar da ki, maşallah, toyun maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər- oynadılar. Toy başa çatdıqdan sonra hətta heç kim evinə getmək istəmirdi. Hələ anamın necə sevindiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Onun üçün mənim toy günüm dünyanın ən böyük hədiyyəsi oldu. Mən çox xoşbəxtəm ki, ərə getdim.
- Toy bitər-bitməz haqqınızda xoşagəlməz söz-söhbətlər dolaşmağa başladı…
- Bu haqda nəsə danışmaq, nə də ki, eşitmək istəmirəm. Dedi-qodular, söz-söhbətlərdən artıq yorulmuşam. Deyilənə görə, mən toyumu borcla reallaşdırmışam, hələ də kimlərəsə pul ödəməliyəm. Bundan asan heç nə yoxdu. Toyuna çağırdığın adamlar əlbəttə ki, əliboş gəlmirlər. Toyun axırında isə həmin pullarla restoranla hesablaşırsan. Dostlarıma, yaxınlarıma və doğmalarıma minnətdaram ki, xoş günümdə məni tək qoymadılar. Kimə borclu olub-olmamağımın isə heç kimə dəxli yoxdu. Qoy hər kəs öz işi ilə məşğul olsun. Heç kimin işinə qarışmadığım halda, niyə hamı burnunu şəxsi həyatıma soxur? Hələ belimə bağladığım qırmızı lent haqqında nələr danışdılar? Əslində mən, belimə qırmızı lent bağlamaq istəmirdim. Oğlan evindən gələn adamlar mənə deyəndə ki, qırmızı lent bağla, mən onlara «siz zarafat edirsiz? Biz artıq iki ildir ki, ər-arvad kimi yaşayırıq, hansı qırmızı lentdən danışırsız?» dedim. Məni yola gətirdilər, dedilər ki, adət-ənənə belədir.
- Sənə paxıllıq edən həmkarların haqda nə deyə bilərsən?
- Mən hər zaman öz həyatımı yaşamışam. Heç kimdən utanmamışam, əməllərimi gizlətməmişəm. Amma bəzi müğənnilər gözlərini yazıq-yazıq döyərək, üzlərinə saxta məsum ifadə verirlər. Ərə getməyim, həmin müğənnilər üçün doğrudan da zərbə oldu. Əsas odur ki, mən əsl kişiyə ərə getdim, Anarla fəxr edirəm. Bizdə məşhur adamlar paxırlarını ört-basdır eləmək üçün ərə gedirlər. Mən onların ərlərini «çətir» adlandırıram. Onlar bununla deyirlər ki, baxın, mənim də ərim var. Mənim ərimdən fərqli olaraq, həmin «çətirlər» kişilikdən çox uzaqdırlar, xoşqeyrətdirlər. Hətta ərim yatanda mən onun əllərini, ayaqlarını öpürəm.
- Niyə bal ayın olmadı?
- İki dəfə hazırlaşdıq, amma hər dəfəsində biletləri qaytarmalı olduq. Bu mənim yaradıcılıq işlərimlə bağlıydı. Buna baxmayaraq, imkan tapıb, Azərbaycanın rayonlarından birində iki gün dincəldik. İndi artıq bal ayı haqqında düşünən yoxdur, çünki işimiz başımızdan aşır.
- Doğrudur ki, Anarın ailəsi sənə görə oğlullarından imtina ediblər?
- Hamı Anarın ailəsini tanıyır və hörmət edir. Biz hələ iki il əvvəl ailə qura bilərdik, amma təzəlikdə nikaha girdik. Onlar istəsələr, toyumuza mane ola bilərdilər, amma oğullarına dəstək oldular. Mən onlarla ünsiyyətdə olmasam da, Anarın valideynlərini «ata», «ana» deyə çağırıram. Çünki onlar Anar kimi övlad böyüdüblər. Öz həyat yoldaşıma görə onlara minnətdaram. Mən əslində, onları çox gözəl başa düşürəm. Fikirləşirəm, görəsən, mən onların yerinə olsaydım qoyardım, oğlum müğənni ilə evlənsin? Bu suala cavabı yalnız oğul anası, qaynana olandan sonra tapacağam. Ümid edirəm ki, mənim Anara olan sevgim, nə zamansa bizi onun doğmaları ilə bir araya gətirəcək.
- Ana olmaq istəyirsən?
- İstəyirəm ki, gələn il ana olum. Amma sən saydığını say, gör, fələk nə sayır. Hər şey Allahın əlindədir, mən hələ ana olmağa hazır deyiləm. Açığı, qorxuram! Hamiləlik, doğuş, təsəvvürümə gətirmək istəmirəm, amma nəsə yenilik olsa, sizə mütləq xəbər eləcəyəm.
- Toydan sonra Anarla münasibətlərinizdə nə kimi dəyişikliklər oldu?
- Düzü, heç nə dəyişməyib. Biz əvvəlki kimi dalaşırıq, barışırıq, mübahisə edirik. Həmişə olduğu kimi, mən güzəştə gedirəm, çünki Anar xaraktercə tərs insandır. Hətta bürclərimiz bir-birinə uyğun gəlmir, o balıqdır, mən isə əkizlər. Görünür, əks tərəflərimiz bizi yaxınlaşdırır. Mənim Anarım çox qısqancdır! Toydan sonra 4 kiloqram kökəlmişəm. Hamı mənə deyir ki, gözəlləşmisən. Amma Anar, «Röya, arıqla» deyir. Halbuki, əvvəllər məni məcbur eləyirdi ki, kökəlim. Toydan sonra o, «indi ürəyim rahatdı, axır ki, sən mənim xanımım oldun. Bəxtim gətirdi ki, sənin kimi gözəl insan qarşıma çıxdı» dedi.
Baxış sayı: 70
roya_əri_ile
![]()
![]()
![]()
Tükiyede uzmanlıq sınavı- TUS
Yazar: Aktiv


Bu imtahana kimlər müraciət edə bilir?
Tibb, baytar, əczaçılıq, kimya, biologiya və ya tibbi bioloji elmlər fakültəsindən məzun olanlar müraciət edə bilər. (Detallar üçün Bələdçiyə baxın.)
Müraciət etmənin başlama və bitmə tarixləri nədir?
Aprel və sentyabr aylarında olmaq üzrə hər il iki imtahan edilməkdədir. Müraciət etmə, imtahandan təxminən iki ay qədər əvvəl olmaqdadır. Müraciət etmə tarixləri əlaqədarlara, mətbuat-nəşr orqanları ilə eşitdirilməkdədir.
Müraciət etmə Sənədlərini haradan ala bilərəm?
Müraciət etmə sənədləri, El Sağlamlıq Müdirliklərindən təmin edilə bilər.
Nə qədər ödəniş yatırtmamız lazımdır?
Ödəniş hər dövr üçün ayrıca təyin olunmaqda və əlaqədar dövrün Bələdçisində ifadə olunmaqdadır.
Müraciət etmə Sənədlərimi hara təslim edəcəyəm?
Müraciət etmə Sənədləri yenə El Sağlamlıq Müdirliklərinə təslim ediləcək.
İmtahan nə vaxt, harada ediləcək?
İmtahan, aprel və sentyabr aylarında, Ankarada edilməkdədir. İmtahan tarixləri Bələdçidə ifadə olunmaqdadır.
İmtahana neçə adam girir?
Hər dövr, imtahana 14 000 - 16 000 arasında müraciət olmaqdadır.
İmtahan nəticəmi öyrənə bilərəmmi?
Xarici Dil İmtahanı nəticələri, bazar günü səhər imtahan salonu qapılarına asılaraq namizədlərə eşitdirilməkdə; seçmə və yerləşdirmə nəticələri namizədlərin ünvanlarına göndərilməkdədir. Nəticələr, İNTERNETdən də öyrənilə bilməkdədir.
İmtahanı nə üçün qazana bilmədim? Nəticələrin təkrar araşdırılması üçün nə etməm lazımdır?
Namizədlər, İmtahan Nəticə Sənədləri göndərildikdən sonrakı 30 gün içində, Bələdçidə edilən şərhlərə uyğun olaraq dolduracaqları ərizə ilə imtahan nəticələrinin araşdırılmasını istəyə bilərlər. Namizədlərin, ərizələrinə, araşdırma ilə əlaqədar ödənişin ödəndiyini göstərən bank dekontlarını da əlavə etmələri lazımdır.
Seçmədiyim bir yerə yerləşdirildim. Düzəldilməsi üçün nə edə bilərəm?
Namizədlərin, seçmədikləri bir yerə yerləşdirilmələri söz mövzusu ola bilməz.
Seçimimi yəqin səhv kodlaşdırdım, dəyişdirə bilərəmmi?
Seçimlərdə sonradan dəyişiklik edilməsi mümkün deyil.
Baxış sayı: 69
tükiyede_uzman
![]()
![]()
![]()
Avropa qadınlara qarşı sərt olmağa başlayıb
Yazar: Aktiv

"Son illər qadın haqqlarında geriyə qayıdış olduğunu görürük"

Xəbərə görə, İsveçin Malmö şəhərində keçirilən 5-ci Avropa Sosial Forumunda Avropa Feminist Qadın Təşəbbüsünün İsveç təmsilçisi Mariya Haqberq, "Son illər qadın haqqlarında geriyə qayıdış olduğunu görürük" dedi.
24 ildir İsveçdə yaşayan İran mənşəli inqilabçı Süleyman Qasemyani də, kişi ilə qadın arasındakı bərabərsizlikdə müşahidə edilən artımın xüsusilə qadın miqrantlara təsir göstərdiyini bildirdi.
Baxış sayı: 57
avropa_qadınları
![]()
![]()
![]()
Noyabr 1 Aktiv 1 yasinda
Yazar: Aktiv

yasinda yeni-yeni xeberler ve eylenceler olacaq Aktivin 1 Yasinda

Baxış sayı: 70
aktiv
![]()
![]()
![]()
Hərəyə bir sevinc bəxş edəyin!
Yazar: Aktiv

Ramazan ayını müqədəs bilənlər, oruc tutub ibadət edənlər,bu ayda xeyir işlər görməyi arzu edib,hardan nədən başlayacaqlarını bilməyənlər, gəlin lap əvvəldən başlayaq. Körpələrimizi sevindirməkdən müqəddəs Ramazan bayramının sevinci dünyanın ən müqəddəs varlıqları ilə paylaşmaq.
Baxış sayı: 44
ramazan_ayı
![]()
![]()
![]()
Mobil telefon alqı satqı elanları
Yazar: Aktiv

|

Xəbəriniz olsun ki, artıq mobiland.az saytında işlənmiş telefonların alqı satqı elanları vermək olar!!!
Bunun üçün saytın özündə login etmək lazımdır. Alqı satqı elanı yerləşdirmək haqqında ətraflı buradan oxuyun.
Mobiland.az - AzNet in ilk və ən geniş mobil telefon kataloqu, telefon alqı satqısı, telefon şəkilləri, yeni telefonlar, yeni mobil dünya xəbərləri və s...
Baxış sayı: 98
mobil_telefonlar
![]()
![]()
![]()
Bu gün First Lady-nin ad günüdür
Yazar: Aktiv

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür



Mehriban Əliyeva 1964-cü il avqustun 26-da alim ailəsində anadan olub. Onun atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub. Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medal ilə bitirib və Azərbaycan Tibb Universitetinə qəbul edilib. Daha sonra təhsilini Seçenov adına Moskva Tibb Akademiyasında davam etdirib və oranı 1988-ci ildə qırmızı diplom ilə tamamlayıb.
1988-1992-ci illərdə Mehriban Əliyeva Moskvada akademik Mixail Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunu yaradıb ona başçılıq edib. 1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan Azərbaycan İrs mədəniyyət və tarix jurnalını təsis edib onun redaktoru olub.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, 2004-cü ildə Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Həmin ildə, Mehriban Əliyeva folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb və Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə keçirilən sorğunun nəticəsinə əsasən, İlin Qadını adına layiq görülən Mehriban Əliyeva Yüzilliyin mesenatları Beynəlxalq xeyriyyə fondu tərəfindən ona təltif edilən Yaqut Xaç Ordeninin ilk qadın kavaleridir.
2004-cü ildə Yeni Azərbaycan Partiyasının üzvü olub, 2005-ci ilin parlament seçkilərində isə Milli Məclisə deputat seçilib.
Mehriban xanım prezident İlham Əliyevlə 1984-cü ildə ailə qurub, onların üç övladı var.
Baxış sayı: 88
mehriban_əliyeva
![]()









