Reklam verin!

"Lider" telekanalının autsayder şərhçiləri

Yazar: Aktiv

alt


Lider telekanalının autsayder şərhçiləri..

UEFA EURO 2008-in şərhləri zamanı yol verilən nöqsanlar.
Daha ətraflı davamında...


alt
”Əla ötürmə verdi”, “əla zərbə idi”, “əla futbolçudur”, “əla komandadır”... Yəqin ki, bu ifadələr sizlərə tanışdır. Bəli, yazının qəhrəmanları iyunun 7-dən 29-dək Avstriya və İsveçrədə keçirilən sayca 13-cü Avropa çempionatının azərbaycanlı şərhçiləri olacaqlar. Bəri başdan Avro-2008-in ölkəmizdə yayımını təşkil edən “Lider” telekanalının rəhbərliyinə minnətdarlığımızı bildiririk. Məhz bu kanalın rəhbərliyinin zəhməti sayəsində möhtəşəm futbol bayramını izlədik, azarkeşi olduğumuz komandaların qələbələrinə sevindik. Ancaq çempionatın gedişində bayram əhval-ruhiyyəsini korlayan məqamlara da rast gəlmək mümkün idi. İndi belə xoşagəlməz hallardan söhbət açacağıq.

Deyirlər ki, bir işdə səhv tapmaq həqiqəti aşkarlamaqdan daha asandır. Bu mənada “Lider”in şərhçilərinin saysız-hesabsız səhvlərini aşkarlamaq çətin olmadı. Avro-2008-in oyunları Rövşən Binnətli, Nəriman Mehdiyev, Şəmsəddin Abbasov Pərviz Musayevə tapşırılmışdı. Bunlardan yalnız Musayevin şərhini qənaətbəxş saymaq mümkündür. O, qrammatik səhvlər buraxmır, futbolçuların adlarını, demək olar, nöqsansız tələffüz edir, intonasiyanı düzgün tənzimləyirdi. Əslində, 4 şərhçidən ən təcrübəlisi Rövşən Binnətli sayılır. Lakin onun səs tembri nəinki Avropa çempionatı, heç respublika birinciliyini şərh etməyə belə uyğun deyil. Bundan başqa, Rövşən bəy hərdən tarixə elə aludə olurdu ki, oyunun gedişini əldən buraxırdı. Hər halda Binnətlinin şərhlərini birtəhər dinləmək olar. Ancaq etiraf edək ki, Nəriman Mehdiyev və Şəmsəddin Abbasov 22 gün ərzində futbol həvəskarlarının sinir sistemini korladılar. Cənab Mehdiyev elə hesab edir ki, Azərbaycan dilində bütün sözləri bir-birinə birləşdirib ifadə, cümlə yaratmaq olar. Məsələn, onun tez-tez işlətdiyi “klasshik hücum” ifadəsi. Görəsən, futbolda klasshik hücum nəyə deyilir? Məgər hücumun klasshiki və ya müasiri olur? Mehdiyevin şərhlərinə diqqətlə qulaq asanlar mənimlə razılaşarlar ki, o, bir oyun ərzində təxminən 500 dəfə “əla” sözündən istifadə edir. Təkrarçılıq onu yormaya bilər, bəs ekran qarşısında əyləşən yüz minlərlə azarkeş neyləsin? Qeyri-ixtiyari fikirləşirsən ki, doğrudanmı, Nəriman müəllimin bəxtinə həmişə “əla oyunlar” çıxır, yoxsa?...
Mehdiyevin digər sitatlarını da qeyd edək: “Sabah bizi növbəti maraqlı oyun gözləyir, C qrupunda Niderlandla Hollandiya qarşılaşacaq”, “Topu Kasilyasın küncünə vurur”, “Söz verirəm ki, oyunu qərəzsiz şərh edəcəyəm”, “Kim deyə bilər ki, buraxılan qolda Akinfeyevin günahı var? Şəxsən mən bu məsuliyyəti öz üzərimə götürə bilmərəm” və s. və ilaxır.
İspaniya yığması qrup mərhələsi çərçivəsində Rusiyanı 4:1 hesabı ilə məğlub edərkən şimal qonşularımız zəif təsir bağışlamışdılar. Nəriman Mehdiyev 2009-cu ildə dünya çempionatının seçmə qrup mərhələsində milli komandamızın Rusiya ilə görüşəcəyinə işarə vuraraq, “Bu komandya qarşı oynamaq olar” demişdi. Sonra iki ardıcıl qələbə qazanan Qus Hiddinkin yetirmələri 1/4 finala yüksəldilər və Hollandiyanı mübarizədən kənarlaşdırdılar. Həmin qarşılaşmanı şərh edən Nəriman Mehdiyevdən sitat: “Rusiya ilə oyun yığmamız üçün çox çətin olacaq”...

Şəmsəddin Abbasov isə futbolçuların, ölkələrin, məşqçilərin adlarını yanlış söyləməklə “məşhurlaşdı”. çeşiya, Yoaşim Löv, Ballk...
Bir məqamı isə qətiyyən anlamadım. çempionatın ilk günlərində bir oyunla digəri arasında yaranan fasilə zamanı futbolla bağlı verilişi ...DJ Aynur aparırdı. Qəribədir, deyilmi? Sanki “KamAZ” sürücüsü özünü zərgərlikdə sınayır...
Futbol şərhçisi həddən artıq ağır peşədir. Təxminən 100 dəqiqə canlı yayımda dayanmadan danışmaq, özü də matçı savadlı şərh etmək, futbolçularla azarkeşlər arasında körpü rolunu oynamaq, həqiqətən, çətindir. Amma bütün bunlar şərhçilərimizə bəraət qazandırmır. Axı məhz onlara görə bəzi evlərdə televizorun səsini alıb, Avro-2008-in oyunlarına səssiz, yaxud musiqi sədaları altında baxırdılar...Mənbə Çempion qəzeti.



 

Bəs siz necə, bu kanalın şərhçilərindən razı qaldınızmı?

Baxış sayı: 27
lider 
Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha