Nefçidə məşqci deyişdirildi
Yazar: Aktiv


Nefçidə məşqçi dəyişikliyi baş verdi.
Vlastimil Petrjela artıq "Neftçi" nin baş məşqçisi deyil. Petrjela ilə bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilib. Anatoli Demyanenko komandamızın yeni baş məşqçisi təyin olunub. Ukraynalı mütəxəssis yanvarın 8-dən etibarən fəaliyyətə başlayacaq. 1959-cu il fevralın 19-da Dnepropetrovskda anadan olan Demyanenko futbolda ilk addımlarını doğma şəhərdə atıb. Ukraynanın "Dnepr" (1976-1978), "Dinamo" K (1979-1990, 1992), Almaniyanın "Maqdeburq" (1991) və Polşanın "Vidzev" (1991-1992) klublarının şərəfini qoruyan müdafiəçi kapitanı olduğu SSRI yığma komandasının heyətində keçirdiyi 80 oyunda 6 qol vurub. Məşqçiliyə 1993-cü ildə vətənində başlayaraq qısa müddətə SSK VSU komandasının baş məşqçisi, Kiyevin "Borisfen" klubunun isə məşqçisi olub. 1993-2005-ci ilərdə vaxtilə kapitanı olduğu Kiyev "Dinamo"sununda məşqçi vəzifəsini yerinə yetirib. 2005-ci ildən 2007-ci ilin sentyabrınadək Ukraynanın ən titullu komandasının baş məşqçisi olub. Baş məşqçi kimi Ukrayna çempionatının (2007) və kubokunun (2006, 2007) qalibidir.
Neftcinin yeni baş məşqçisi Anatoli Demyanenko ilə bu gün müqavilə imzalandı. Müqaviləyə əsasən, ukraynalı mütəxəssis 2011-ci il iyunun 30-dək baş məşqçi vəzifəsini yerinə yetirəcək.
Baxış sayı: 113
nefçi
![]()
![]()
![]()



