Reklam verin!

Ramil Səfərovun ekstradisiyası

Yazar: Aktiv

   
Ramil S601;f601;rovun ekstradisiyas305;
 Ramil Səfərovun Azərbaycana gətirilməsi haqda nə düşünürsünüz?
Xəbərin davamında əlavə geniş məlumat..


Ramil S601;f601;rovun ekstradisiyas305;
Milli QHT Forumun prezidenti, millət vəkili Azay Quliyev Ermənistan tərəfinin R. Səfərovun ekstradisiya olunmamasına çalışdığını deyib. Onun sözlərinə görə, azərbaycanlı zabitin ekstradisiyası Azərbaycan və Macarıstanın qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində, beynəlxalq hüquq normalarına riayət olunmaqla həllini tapacaq.
Ədliyyə nazirinin müavini Nazim Ələkbərovun verdiyi melumata görə isə,Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyasıyla bağlı sənədlər artıq bu ölkənin müvafiq qurumlarına göndərilib. Ədliyyə nazirinin müavininin sözlərinə görə, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Macarıstana səfəri gözlənilir və səfər zamanı bu məsələ də müzakirə olunacaq.
Ramil Səfərovun hüquqlarını müdafiə edən qrupun təmsilçisi, millət vəkili Azay Quliyev isə sözlərində "Mənim şəxsi gözləntim budur ki, bütün bu görülən işlərin müəyyən bir nəticəsi olacaq. Amma gəlin nəticənin nə vaxt, necə və hansı formada olacağını deyək".  deyərək bildirib.Əlavə olaraq onuda bildirib ki,Ramil Səfərovla bağlı həbsxana nəzarətçiləri ilə mübahisəyə qaldırılan işlə bağlı növbəti məhkəmə prosesi keçirilməli idi. Lakin müəyyən səbəblər üzündən bu məsələ təxirə salınıb: "Amma yaxın vaxtlarda ikinci epizodla bağlı məhkəmə prosesi baş tutacaq"

Xatırlatma

Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunun Şəybəy kəndində doğulub. Ermənistan ordusunun Cəbrayıl rayonunu işğal etməsi nəticəsində ailəsi məcburi köçkün düşüb. Ermənistan ordusunun təcavüzü nəticəsində Ramilin xalası oğlu şəhid olub, əmisi oğlu həyat yoldaşı ilə birlikdə itkin düşüb. Sözsüz ki, bu faktlar onun psixikasında izsiz qalmayıb.(Burda kiçik qeyd aparmaq istərdim.Ramilin hərbi təhsili üçün evindən ayrıldığında rayonumuzda iki mərtəbəli 14 otaqlı evdə buraxdığı ailəsi,1993 ilində bölgə ermənilər tərəfindən işğal edildiyində evdən sadəcə 3-4 əşyasını götürərək rayondan qaçmaq məcburiyyətində qalmış
(Hal hazırda ailə Bakıda bir universitet yataqxanasında bir otaqda olurlar)Yaxın qohumlardan 3 nəfər müharibədə həyatını itirmiş,2-si isə itgin düşüb.Vəziyyıti bilən Ramil İzmirdə aylıq aldığı 40 dollar pulu heç xərcləmədən toplayaraq ailəsinə göndərirdi.)
R.Səfərovun 6 nəfərdən ibarət ailəsi (atası, anası, 75 yaşlı nənəsi və üç qardaşı - onlardan biri əlildir) hazırda Bakının Dərnəgül qəsəbəsindəki İqtisad Universitetinin yataqxanasında yaşayır. Anası Nübar xanımın bildirdiyinə görə, Ramil hələ 7-ci sinifdə oxuyanda hərbçi olmaq arzusunda olub və 1991-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi litseyə daxil olub, 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndəriblər. 1992-1996-da Türkiyənin İzmir şəhərində Maltepe Əsgəri Liseyində təhsil alıb. Cəbrayılın işğal olunması (1993) xəbərini də orada eşidib. 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2000-2001-ci illərdə isə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasalma kursunu bitirib.
2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə qayıdıb. 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində kursant taqımının komandiri təyin olunub. 2003-cü ildən kursant bölüyünün komandiridir. Hərbi xidmətdəki uğurlarına görə dəfələrlə komandanlıqdan fəxri fərman alıb.

Xatırladaq ki, 2004-cü il fevralın 19-da Budapeştdə erməni zabitini qətlə yetirdiyinə görə, azərbaycanlı zabit Ramil Səfərov Budapeşt məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.


Artıq 3 illdən çox müddət keçsədə bezilərimiz üçün qaranlıq qalan hissələr var.Belə ki,hadisəni Ramil erməninin yatdığı yerdə törədildiyi xəbəri gəzir.Amma məhkəmələrin izləyicisi və yaxın qohumu kimi əminliklə deyə bilərəm ki, prosesdə heç bir «yatan yerdə qətl»dən söhbət getmir. Ermənilər belə məhkəmənin gediş xəttində bu iddiada deyillər.Ən dəhşətlisidə odur ki,erməni erməniliyi ilə yatan yerdə ölümdən söhbət etmirsə bizimkilər niyə edir?


Sonda onu demək istərdim ki,ermənilər başa düşməlidirlər ki, Macarıstan paytaxtında leytenant Qurgenin təpəsinə vurulan balta bir gün Qarabağdakı Ermənistan ordusunun da başına endirilə bilər .

Baxış sayı: 141
ramil_səfərov 
Bookmark and Share

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha